“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın şərəfini qoruduğu Əlcəzair millisində Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxıb.
Bizim.Media xəbər verir ki, Əlcəzair Liberiya yığması ilə qarşılaşıb.
Görüş Benzianın komandasının böyükhesablı qələbəsi (3:0) ilə başa çatıb. Meydana start heyətində buraxılan “Qarabağ”ın legioneri 77-ci dəqiqədə hesab 2:0 olarkən əvəzlənib.
Qeyd edək ki, iki turdan sonra Əlcəzair 6 xalla qrupuna başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media