Azərbaycanın “Qarabağ” klubu yenilənmiş dünya reytinq cədvəlində Türkiyənin “Qalatasaray”ı və İngiltərənin “Mançester Yunayted” komandalarını qabaqlayıb.
Bizim.Media xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yeni siyahısında Azərbaycan çempionu 182,75 xalla 52-ci pillədə qərarlaşıb.
“Qalatasaray” (174,5) və “Mançester Yunayted” (169) müvafiq olaraq 57 və 63-cü pillələrdə qərarlaşıb.
Dünya klubları reytinqində ilk üçlükdə bu komandalar yer alıb:
“Real Madrid” (İspaniya, 403),
“Mançester Siti” (İngiltərə, 368),
“Bayer” (Almaniya, 353)
Bizim.Media