Gəncə futbolunda BÖHRAN – “Kəpəz”in veteranları klub rəhbərliyi ilə ÜZ-ÜZƏ

“Bu gün “Kəpəz” Peşəkar Futbol klubun hazırkı rəhbərliyi Gəncə futboluna ciddi ziyan vurur. Bununla bağlı biz veteranlara azarkeşlər də, keçmiş futbolçular, bütün “Kəpəz”sevərlər zənglər edirlər, yazırlar. Biz bununla bağlı böyük bir yığıncaq da təşkil edəcəyik. Amma bu gün bura toplaşan veteranlar, keçmiş futbolçular, futbol mütəxəssisləri komandanın acınacaqlı durumu ilə bağlı AFFA rəhbərliyinə, Gəncə şəhər rəhbərliyinə müraciət edirik.

“Kəpəz”in bu vəziyyətə düşməsində günahkar olanlar komandadan uzaqlaşdırılmalıdır. Belə qeyri-peşəkar yanaşma komandanı 1-ci diviziona yuvarlandırır. Artıq “Kəpəz”də peşəkarlıqdan əsər-əlamət qalmayıb”.

Bu fikirləri Bizim.Media-nın yerli bürosuna açıqlamasında Gəncə futbol veteranları ictimai birliyinin sədr müavini, “Kəpəz”in veteran futbolçusu Firuz Qulami deyib.


“Kəpəz”in rəhbərliyi dəyişdirilməlidir

Digər veteran futbolçularla birgə klub rəhbərliyinin işini tənqid edən Qulaminin sözlərinə görə, artıq 3 ildə 5 baş məşqçi dəyişən klub rəhbərliyi komandada idarəçiliyi, transfer siyasətini düzgün qura bilmədiyindən və digər qeyri-konstruktiv hərəkətlər səbəbindən artıq ardıcıl 5 oyundur komanda biabırçı vəziyyətdə məğlub olur:

“Biz artıq xeyli müddətdir aidiyyatı qurumlara “Kəpəz” futbol klubunda baş verənlər, səriştəsiz idarəçilik, düzgün aparılmayan transfer siyasəti ilə bağlı yazılı və şifahi məlumatlar vermişik. Bu il çempionat başlayandan artıq ardıcıl 5-ci məğlubiyyət səbr kasamızı daşırdı. Biz “Kəpəz”in futbol anlayışı olmayan səriştəsiz rəhbərliyinin dəyişməsini xahiş edirik. Bu həm də “Kəpəz” azarkeşlərinin fikirlədir. Ümid edirik ki, tez bir zamanda bu məsələ öz həllini tapacaq”.

“Öz bildiklərini edirlər”

“Kəpəz”in və Azərbaycanın tanınmış veteran futbolçusu, birliyin üzvü Vidadi Rzayev də bu gün “Kəpəz”də gedən proseslərin komandanın aşağı liqaya yuvarlanacağının açıq göstəricisi hesab edir. Onun sözlərinə görə klubun indiki rəhbərliyinə komandada işlədiyi dövrdə də dəfələrlə transfer siyasəti və düzgün olmayan idarəçilik barədə öz etirazlarını bildirib:


“Mən hələ komandada çalışdığım vaxtlarda dəfələrlə klub rəhbərliyinin səriştəsizliyi və uğursuz transfer siyasətini tənqid etmişəm. Dəfələrlə baş məşqçilərin seçdiyi futbolçular kənarda qalıb, öz bildiklərini komandaya dəvət edirlər. Sonda da onların heç birinin kluba xeyri dəymir. Keçən çempionat komandanı yüksək liqada saxlayan və hamı tərəfindən bəyənilən baş məşqçi indi istefaya göndərilir. Axı dünən bacarıqlı olan baş məşqçi birdən-birə pis ola bilməz. Deməli, komandanı təşkil edən zaman baş məşqçinin istəyi nəzərə alınmayıb.

Bu il 7 legioner transfer ediblər.

Onların oynuna baxanda bilmək olur ki, bu futbolçularla “Kəpəz”i premyerliqada saxlamaq mümkün olmayacaq. İndi yeni baş məşqçi dəvət ediblər. Azər Bağırova da uğurlar arzu edirəm. Amma bu mənim şəxsi fikrimdir ki, ona da bu heyətlə çətin olacaq. Arzu edirəm ki, mən fikrimdə yanılım və möcüzə baş versin. Amma təəssüf edirəm ki, futbol anlayışı olan, uzun illər futbolçu və məşqçi kimi çalışmış bir mütəxəssis kimi gördüklərim budur.

Hesab edirəm ki, “Kəpəz” futbol klunu vəziyyətdən çıxarmaq üçün baş məşqçiləri növbəyə düzməkdənsə, idarəçilikdən uzaq olan səriştəsiz rəhbərliyi dəyişmək daha düzgün seçimdir”.

“Bu maliyyə ilə mübariz komanda formalaşdıran klublar var”

Gəncə futbol veteranları ictimai birliyinin sədri, veteran futbolçu Tofiq Məmmədov da artıq bəhanələrə son qoyub, “Kəpəz” rəhbərliyinin azad olunmasını istəyir:


“Bu gün biz “Kəpəz”in durumuna görə utanırıq. Ayıbdır. Peşəkar futbol klubu adına heç bir şey qalmayıb “Kəpəz”də. Rəhbərlik öz xeyirlərinə olan transferləri ediblər. Tez-tez məşqçi dəyişiklikləri də əməllərinin ört-basdır edilməsi üçündür. Özlərinə bəraət qazandırmaq istəyirlər. Tez-tez büdcənin azlığından, maliyyə problemindən danışırlar. Amma unutmayaq ki, bu gün həmin büdcə ilə çox mübariz komanda formalaşıran digər klublarımız da var.

Bəs onlar bunu necə ediblər?

Komanda ardıcıl 5 dəfə məğlub olub. Bu heyətlə inanmıram ki, komanda nəsə bir uğur qazana bilsin. Vəziyyətdən çıxış yolu isə gec olmadan səriştəsiz, futboldan uzaq rəhbərliyi istefaya göndərməkdir. Belə olmasa, “Kəpəz” yüksək liqada qala bilməyəcək”.

Səsləndirilən iddialarla bağlı “Kəpəz”in idarə heyətinin sədri İlqar Nadiriyə müraciət etdik. O, sözügedən mövzu ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

Azərbaycan gübrə idxalına çəkdiyi xərci KƏSKİN ARTIRIB

Azərbaycan gübrə idxalına çəkdiyi xərci KƏSKİN ARTIRIB

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

Yevlaxda ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat etdi

Yevlaxda ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat etdi

Faciəvi şəkildə ölən Abgülün FOTOSU - Nişanı yeni olubmuş

Faciəvi şəkildə ölən Abgülün FOTOSU - Nişanı yeni olubmuş

"WhatsApp" yazışmalarınızı "anlayan" oldu

"WhatsApp" yazışmalarınızı "anlayan" oldu

1 gün qaldı — İki bürcün zənginlik dövrü başlayır

1 gün qaldı — İki bürcün zənginlik dövrü başlayır

Tanınmış BDU professoru dünyasını dəyişdi

Tanınmış BDU professoru dünyasını dəyişdi

Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO

Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO

Dünyanın ən qorxulu vulkanı qonşuluqda yerləşirmiş – Supervulkan 1,7 milyon ildən sonra oyanır

Dünyanın ən qorxulu vulkanı qonşuluqda yerləşirmiş – Supervulkan 1,7 milyon ildən sonra oyanır

Sumqayıtda mebel sexi yandı – VİDEO

Sumqayıtda mebel sexi yandı – VİDEO

End of content

No more pages to load

RADİO