"Barselona" heyətinə yeni futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kataloniya təmsilçisi "Las Palmas"ın hücumçusu İvan Sedriki icarəyə götürüb.
22 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub. O, "Barselona"nın B komandasında çıxış edəcək.
Qeyd edək ki, ötən mövsüm Sedrik “Valyadolid”də oynayıb. Forvard İspaniya ikinci divizionunda 12 matçda iştirak edib, 2 qol vurub.
Bizim.Media