Conatan Ta “Bayer-04”dən ayrılmağa qərar verib.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano Almaniya mətbuatına istinadən xəbər verib.
28 yaşlı almaniyalı müdafiəçi Leverkuzen klubu ilə müqaviləsini yeniləməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Conatanın Leverkuzen klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi. O, bu komandada 2015-ci ilin ildən çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media