Yusuf Laval “Arouka”dan ayrılıb.
Bizim.Media xəbər verir ki, “Neftçi”nin ilyarım öncə Portuqaliya klubuna satdığı vinger klubsuzdur.
26 yaşlı nigeriyalı heyətə düşməyə çətinlik çəkdiyi klubla müqaviləyə qarşılıqlı razılıqla xitam verib. İndi onun danışıq apardığı “Zirə”yə keçməsinə heç bir əngəl yoxdur.
“Neftçi”də 2,5 il oynamış Lavalın “Zirə” ilə danışıq apardığını xəbər vermişdik. Bu həftə tərəflərin 2 illik müqaviləni elan etməsi gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media