“Qarabağ”ın futbolçusu Hamidu Keyta karyerasını Türkiyədə davam etdirəcək.
Bizim.Media xəbər verir ki, fransalı hücumçu “Konyaspor”la razılaşıb.
Super Liqa təmsilçisinin Keyta ilə 2 illik müqavilə imzalayacağı bildirilir. Keyta bu gün Konyaya gedərək, yeni klubuna keçidini tamamlayacaq. Hamidu bu mövsüm 7 oyunda 1 qol vurub.
Qeyd edək ki, “Konyaspor” Super Liqada 4 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media