"Liverpul"un və Şotlandiya millisinin sabiq müdafiəçisi Ron Yeyts 86 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Mersisayd klubunun saytı məlumat yayıb.
Ömrünün son illərində "Liverpul"un keçmiş kapitanı Alzheimer xəstəliyindən əziyyət çəkirdi.
Yeyts 1961-1971-ci illərdə "Liverpul"da çıxış edib. O, Mersisayd təmsilçisi ilə iki dəfə İngiltərə çempionu olub, ölkə kubokunu qazanıb, üç dəfə İngiltərə Superkubokunun qalibi olub.
Yeyts "Liverpul"un heyətində ümumilikdə 454 oyun keçirib.
Bizim.Media