Valentina Petrillo Paralimpiya Oyunları tarixində iştirak edən ilk transgender idmançı olub.
Bizim.Media xəbər verir ki, 50 yaşlı atlet bu gün Parisdə keçirilən Paralimpiadada debüt edib.
Petrillo T12 kateqoriyası üzrə gözdən əlil idmançılar arasında 400 metr məsafəyə yarışın təsnifat mərhələsində altıncı nəticə göstərərək yarımfinala yüksəlib.
O, məsafəni 58,35 saniyəyə qət edib.
Rəşad Rafiqoğlu, Bizim.Media