"Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) futbolçusu Aleks Telleslə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Telles 2023-cü ildən "Əl-Nəsr"də oynayırdı. O, daha əvvəl "Qalatasaray", "Mançester Yunayted", "İnter", "Portu" və "Sevilya"da da çıxış edib.
Bizim.Media