Bolqarıstan çempionatında 7-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə “Slaviya” (Sofiya) ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Start heyətində yer alan Cəlal Hüseynov 90 dəqiqə meydanda olub.
“Arda” hazırda 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media