"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibləri "Malmö" və "Elfsborq" İsveç çempionatında növbəti oyunlarına çıxıblar.
Bizim.Media xəbər verir ki, komandalar XXI turda matçlarını müvafiq olaraq evdə və səfərdə keçiriblər.
Birincilər “Yurqorden”i dörd cavabsız qolla üstələyib. Digər kollektiv isə "Brommapoykarna” ilə heç-heçə edib - 3:3.
Qeyd edək ki, "Malmö" 48 xalla liderdir. "Elfsborq" 33 xalla 6-cı pillədə qərarlaşıb. "Qarabağ" bu klublarla oktyabrın 3-də evdə, dekabrın 11-də səfərdə oynayacaq.
Bizim.Media