"Kəpəz"ə yeni baş məşqçi təyin olunub.
Bizim.Media xəbər verir ki, Gəncə klubunu Azər Bağırov çalışdıracaq. 40 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bağırov son dəfə "Araz-Naxçıvan" klubunda işləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media