Azərbaycan milli komandasının daha bir üzvü “Sabah”a keçib.
Bizim.Media xəbər verir ki, söhbət Cəbrayıl Əkbərovdan gedir.
Belə ki, basketbol üzrə millimizin üzvü ölkə çempionu ilə anlaşıb.
O, qarşıdakı avrokubok matçlarını bu komandada keçirəcək.
Qeyd edək ki, Cəbrayıl ötən mövsümü “Sərhədçi”də keçirmişdi. “Sabah” isə ondan əvvəl millimizin digər üzvü Əkbər Məmmədovu heyətinə qatmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media