"Kəpəz" Misli Premyer Liqasının 5-ci turunda “Sabah”la üz-üzə gələcəyi oyunda kluba Xaliq Mərdanov məşqçilik edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Adil Şükürovla yollarını ayıran "Kəpəz" müvəqqəti olaraq Mərdanova tapşırılıb.
Qeyd edək ki, avqustun 31-də keçiriləcək “Kəpəz” – “Sabah” görüşünə 19:30-da start veriləcək.
Bizim.Media