Azərbaycan millisinin vingeri Ozancan Kökçünün formasını geyindiyi Finlandiyanın “Helsinki” klubu Konfrans Liqasının qrup mərhələsinə yüksəlib.
Bizim.Media xəbər verir ki, Finlandiya klubu pley-off mərhələsinin cavab oyununda Farer adalarınn “Klaksvik” klubuna 2:1 hesabı ilə qalib gəlib (ilk görüş 2:2).
Qeyd edək ki, Ozancan Kökçü 67-ci dəqiqədə meydana buraxılıb. Həmin vaxtı isə onun komandası 0:1 hesabı ilə geridə olub.
Bizim.Media