İspaniya millisinin və "Real"ın sabiq futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
38 yaşlı müdafiəçi “Əl-Oruba” ilə müqavilə imzalayacaq. Artıq Serxio ilə Superliqa təmsilçisi arasında razılıq əldə olunub.
Qeyd edək ki, Ramosun son klubu "Sevilya" olub. O, bu yay müqaviləsi başa çatdığı üçün komandadan ayrılıb. Ramos ötən mövsüm bütün yarışlarda 37 matça çıxıb, 7 qol vurub və 1 qolun ötürməsini verib.
Bizim.Media