"Kəpəz" klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisinin rəhbərliyi Azər Bağırovla danışıqlara başlayıb.
40 yaşlı mütəxəssis sonuncu dəfə "Araz-Naxçıvan" klubunu çalışdırıb. Qeyd edək ki, "Kəpəz"in baş məşqçisi Adil Şükürov bu gün istefa verib.
Rəşad Rafiqoğlu, Bizim.Media