Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli vaxtından əvvəl sıraya qayıdacaq.
Bizim.Media xəbər verir ki, millimizin üzvü daha tez sağalıb. Testlər müsbət nəticə verdiyindən onun “Nürnberq”dəki debütü də daha erkən ola bilər. 27 yaşlı futbolçunun Azərbaycan millisinin növbəti toplanışına qoşulmayacağını xəbər vermişdik.
Onun sentyabrın 5-də “Nürnberq”in heyətində “Erzgebirge Aue”yə qarşı keçiriləcək yoxlama görüşündə meydana çıxacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media