“Qarabağ” “Dinamo” səddini keçə biləcəkmi? – Ekspertlərdən PROQNOZ

“Qarabağ” Çempionlar Liqasının play-off mərhələsində səfərdə Zaqreb “Dinamo”suna 0-3 hesabı ilə uduzmaqla işini çətinə saldı. Ancaq bununla belə, komandamız mərhələ adlamaq ümidini itirmir.

Elə oyun ərəfəsində baş məşqçi Qurban Qurbanov da nikbin olduqlarını dilə gətirdi.

Təcrübəli çalışdırıcı mərhələ adlamağın çətin olacağını desə də, komandanın oyuna yaxşı hazırlaşdığını, futbolçularına inamının tam olduğunu deyib. Reallıqda əlbəttə ki, “Qarabağ”ın nəzəri cəhətdən mərhələ adlamaq imkanı var. Ancaq bunu həyata keçirmək üçün komanda var-gücü ilə çalışmalı, ilk dəqiqələrdən rəqibə təzyiq göstərməlidir.

Təbii ki, azarkeş dəstəyinə də ümid edərək, Ağdam klubunun çətin vəzifənin öhsəsindən gəlməsi mümkündür. Amma rəqibin də gücünü nəzərə almaq lazımdır. “Qarabağ” nə qədər hücuma aludə olsa da, onlar da müdafiəni möhkəm tutub əks-hücumlarla qol vurmağa çalışacaqlar.

Bəs görəsən “Qarabağ”ın mərhələ keçmək şansları barədə ekspertlər nə düşünür?

Bizim.Media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ" - "Dinamo" oyununa nə qədər bilet satılıb? - FOTO


İdman jurnalisti, “Futbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov “Qarabağ”ın təcrübəsinə güvənərək komandanın mərhələ adlamaq şansının xeyli real olduğunu düşünür:

“Qarabağ” artıq böyük təcrübəsi olan komandadır. Nəzərə alaq ki, komanda “Ludoqorets”ə də Bakıda məğlub olmuşdu. Ancaq səfər matçında onlara əsl cəhənnəm yaşatdı. Düzdür, “Dinamo” daha səviyyəli və təcrübəli komandadır. Hesab edirəm ki, ilk növbədə komandanın psixoloji hazırlığı yüksək olmalıdır. Əgər bunun əksi olsa, mərhələ keçmək çətin olacaq. Digər məqamlara gəlincə, fiziki hazırlıq yüksək səviyyədədir. Ustalıq da öz yerində. Əsas məsələ psixoloji baryeri aşmaqdır. Bunu etsə, “Qarabağ” mərhələni keçəcək”

“Qarabağ” bu halda mərhələni keçə bilər

Futbol şərhçisi Siyavuş Əliyev isə “0-3”ün revanşını almağın çox çətin olduğunu düşünür. Bununla belə ekspertin fikrincə, Ağdam təmsilçisi qol vəziyyətlərini boşa verməsə, mərhələni keçə bilər:

“Əlbəttə, belə hesabdan sonra mərhələ adlamaq çətindir. Hazırda “Dinamo”nun şansı çoxdur. Ancaq ilk oyunda gördük ki, “Qarabağ” yaxşı oynadı, çoxlu qol vəziyyətləri yaratdı, ancaq bunlardan istifadə edə bilmədi. “Qarabağ” ilk növbədə son nöqtəni qoymağı bacarmalıdır. Fikrimcə, klubda qol vurmağı bacaran çox yaxşı hücumçular var. Juninyo, Zubir və digərləri oyundakı imkanlardan maksimum dərəcədə yararlanmağı bacarmalıdır.

Bunu edə bilsələr, mərhələni də keçmək olar. Ancaq komandanın itkiləri də var. Yankoviç və Veşoviçin olmaması Ağdam klubunun oyununa ciddi təsir edəcək. Xüsusən də, meydanın mərkəzində...”.

“Qarabağ” daha ehtiyatlı oynayacaq

Məşqçi Azər Bağırov isə oyunda şansların bərabər olduğunu deyir. O ilk görüşlə müqayisədə Ağdam klubunun daha ehtiyatlı oynayacağını düşünür:

“Doğrudan da, “Qarabağ”ı çətin sınaq gösləyir. Komanda Bakıda daha ehtiyatlı oynayacaq. Ancaq riskə də getməlidir. Bəziləri deyir ki, artıq “Qarabağ” üçün hər şey bitib. Ancaq ilk oyunun 20 dəqiqəsində gördük ki, komandamız xeyli qol vəziyyəti yaratdı. Həmin şanslardan istifadə olunsaydı, hesab daha fərqli ola bilərdi.

Rəqib isə daha hiyləgər davrandı, “Qarabağ”ı üzərinə çəkib, imkanlardan maksimum istifadə etdi. İnanıram ki, bu gün futbolçularımız ilk oyundakı səhvləri təkrarlamayacaqlar və daha tez qol vuracaq, sərrast olacaqlar. Ola bilər “Dinamo” daha fərqli taktikada oynasın, ancaq hesab edirəm ki, Qurban Qurbanov və komandası rəqibin bütün gedişlərinə hazırdırlar və bunun öhdəsindən gələcəklər”.

“İlk yarım saatda qol buraxmasaq...”

“Futbolinfo.az” saytının baş redaktoru Vüsal Mahmudov isə komandamızın mərhələ adlamaq şansının olduğunu desə də, o qədər də nikbin deyil:

 “Qarabağ”ın mərhələ adlamaq şansı az da olsa var. İlk oyunda futbolçularımız çoxlu qol imkanlarını boşa verdilər. Bu gün isə doğma meydan, azarkeş amilindən istifadə etməklə qol vurmaq lazımdır. Ancaq “Dinamo” Zaqreb çox təcrübəli komandadır. Təbii ki, bizim düşündüklərimizi onlar da düşünür. Komandanın müdafiəsində problem olsa da, hücumları çox güclüdür. Yaxşı usta oyunçuları var. Yəni imkanları olsa, dəyərləndirəcəklər.

Komandamızın ilk yarım saatda qol buraxmayıb, fərqlənməsi olsa, qələbəyə daha da köklənəciyini düşünürəm. Ancaq yenə deyirəm, çox çətin oyun olacaq. İstənilən halda “Qarabağ” Avrokubokların qrupunda oynayacaq. İstərdik ki, bu Çempionlar Liqası olsun. Olmasa da, eybi yox, Avroliqada mübarizə aparacaq”.

Qeyd edək ki, “Qarabağ”-“Dinamo” Zaqreb oyunu bu gün Bakı vaxtı ilə saat 20-45-də başlayacaq. Oyunu “CBC Sport” və “TRT Spor” kanalları canlı yayımlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

End of content

No more pages to load

RADİO