"Atalanta"nın qapıçısı Xuan Musso karyerasını İspaniyada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, 30 yaşlı argentinalı qolkiper "Atletiko"ya keçib. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Musso bir mövsüm icarə əsasında "Atletiko"da çıxış edəcək.
Qeyd edək ki, 2021-ci ildən "Atalanta"da çıxış edən Musso daha əvvəl "Rassinq" (Argentina) və "Udineze"də (İtaliya) də oynayıb.
Bizim.Media