Ukraynalı atlet Natalya Leqonkova yarışlardan kənarlaşdırılıb.
Bizim.Media xəbər verir ki, buna səbəb onun antidopinq qaydalarını pozması olub.
41 yaşlı idmançının dopinq nümunəsində qadağan olunmuş eritropoetin aşkarlanıb. Leqonkova Tuluza (2012), Belfast (2013), Los Anceles (2016) və Dublində (2015, 2017) marafonlarda qalib gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media