“Neftçi”nin yeni futbolçu ilə anlaşdığı barədə xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, həmin oyunçu artıq Bakıya gəlib.
Seneqal əsilli futbolçu Mustafa Seçki tibbi baxışdan da keçib. Onunla yaxın saatlarda rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, “Neftçi” qarşıdakı günlərdə daha iki legioner transfer etməyi planlaşdırır. Həmin futbolçular hücum xəttinin gücləndirilməsi üçün transfer olunacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media