Argentina millisinin qapıçısı Emiliano Martines "Aston Villa" ilə yeni müqavilə imzalayıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, DÇ-2022-nin qalibi ilə müqavilənin müddəti 2029-cu ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, 31 yaşlı qolkiper 2020-ci ilin sentyabrından Premyer Liqa klubunda oynayır. O, "Aston Villa"da 150-dən çox oyuna çıxıb.
Bizim.Media