"Fənərbağça" futbolçusu Joau Pedro ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, J.Pedro 2022-ci ildən "Fənərbağça"da çıxış edirdi.
Bizim.Media