Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Arif Əsədovun gedişindən sonra onu əvəzləyəcək yerli köməkçi təyinatı ilə bağlı qərar verməyib.
Bizim.Media xəbər verir ki, hələlik bu məsələ təxirə salınıb.
69 yaşlı portuqaliyalının məşqçilər korpusuna daxil edəcəyi yerli mütəxəssisin adı bəlli deyil.
Millimizdə yerli mütəxəssislərdən yalnız qapıçılarla işləyən Kamran Ağayev qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media