Finlandiya çempionatında 20-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün çıxış etdiyi HJK səfərdə “Ekenas”la üz-üzə gəlib və 3:0 hesablı qələbə qazanıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 20 turdan sonra 37 xalı olan HJK turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media