Misli Premyer Liqasında 3-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
“Neftçi” “Sabah”la üz-üzə gəlib. “Ağ-qaralar” stadionun öt örtüyünə görə rəqibini Zirədə qəbul edib. Qarşılaşma “Sabah”ın inamlı qələbəsiylə yekunlaşıb.
3-cü turun iki oyunu (“Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan”) təxirə salınıb.
Ötən gün keçirilmiş “Kəpəz” – “Turan Tovuz” (0:3) matçında qonaqlar, “Sumqayıt” – “Səbail” (2:1) matçında isə meydan sahibləri qələbə qazanıblar.
Misli Premyer Liqası
3-cü tur
18 avqust
“Neftçi” – “Sabah” 0:2
Qollar: Amin Seydiyev, 54. Coy Lens Mikels, 76.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev.
Zirə İdman Kompleksinin stadionu.
Rəşad Rafiqoğlu, Bizim.Media