Almaniya Kubokunda I mərhələnin oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Saarbruken"in qonağı olub.
Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Nürnberq" II mərhələyə yüksəlib.
Mahir Emreli bu görüşdə iştirak etməyib. Zədəsi olan 27 yaşlı forvardın müalicəsi davam edir.
Rəşad Rafiqoğlu, Bizim.Media