“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Fil Cons 32 yaşında karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, o, özü məlumat verib.
Cons A lisenziyasnı aldığını və özünü məşqçi kimi sınamaq istədiyini bildirib. Consun karyerasındakı son klubu 2011-2023-cü illərdə oynadığı və 5 kubok qazandığı “Mançester Yunayted” olub. O, İngiltərə millisində də 27 oyuna çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media