Məşhur Yurgen Klopp Dortmund “Borussiya”sının sabiq polyak futbolçuları Yakub Blaşikovski və Lukaş Pişçekin vida matçında komandalardan birinə rəhbərlik edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. Yoldaşlıq oyunu sentyabrın 7-də “Borussiya”nın doğma stadionunda keçiriləcək. Pişçek və Blaşikovski Kloppdan bir oyun üçün məşqçiliyə qayıtmasını istəyiblər. Kloppun Blaşikovskinin komandasına rəhbərlik edəcəyi gözlənilir.
Xatırladaq ki, Yurgen Kloppun son klubu ötən mövsümün sonunda tərk etdiyi “Liverpul” olub. Alman mütəxəssis məşqçiliyə fasilə vermək qərarını açıqlayıb. Klopp vaxtilə “Borussiya” və “Maynts”a da rəhbərlik edib.
Rəşad Rafiqoğlu, Bizim.Media