"Barselona"nın futbolçusu Lamin Yamalın atası Mounir Nasraouini bıçaqlayan şəxsi 10 ilədək həbs gözəyir.
Bizim.Media xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Münaqişədə iştirak edən 3 nəfər zaminə buraxılıb. Laminin atasını bıçaqlayan şəxsin məhkəməsi davam edir. O, adam öldürməyə cəhddə ittiham olunur. Sözügedən şəxsi 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Qeyd edək ki, Yamalın atası avqustun 14-də Barselonanın Mataro şəhərətrafı qəsəbəsindəki dayanacaqda bıçaqlanıb.
Bizim.Media