Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, onun çıxış etdiyi "Arda" turnirin 5-ci turunda səfərdə "Spartak"ın qonağı olub.
Cəlal Hüseynovun start heyətdə çıxdığı oyunda komandası 0:1 hesabı ilə məğlub olub. O, fasilədə əvəzlənib.
Qeyd edək ki, "Arda" klubu 5 görüş keçirib, 3-də uduzub, 2-də qələbə qazanıb.
Bizim.Media