21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
F qrupu çərçivəsində oktyabrın 15-də təşkil olunacaq görüş Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda oynanılacaq. Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.
Bizim.Media