Mayın 9-da Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub. Azərbaycan millisi turniri 1 medalla başa vurub.
"Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə 5 top, 3 halqa və 2 cüt gürzlə final mərhələlərində güclərini sınayıblar.
Bizim.Media xəbər verir ki, qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edib.
Bizim.Media