Azərbaycanın U-21 yığmasının qapıçısı Eldar Tağızadənin formasını geyindiyi “Barselona” B komandası “Korneliya” ilə yoldaşlıq görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi rəqibini 3:0 məğlub edib. Yığmamızın qolkiperi də bu matçda “Barsa”nın heyətində debüt edib.
Matçın son 30 dəqiqəsində meydana çıxan Tağızadə qapısını toxunulmaz saxlaya bilib.
Qeyd edək ki, oyunu "Barselona"nın baş məşqçisi Hans-Diter Flik, eləcə də klubun idman direktoru Deko izləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media