"Beşiktaş" heyətini yarımmüdafiəçi ilə gücləndirib.
Bizim.Media Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qara qartallar” PSJ-dən Şer Nduru icarəyə götürüb.
İtaliyalı dayaq yarımmüdafiəçisi 2024/2025 mövsümünü "Beşiktaş"da keçirəcək. 20 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində 73 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, PSJ Şer Nduru ötən ilin yayında "Benfika"dan transfer edib. İtaliya U-21 millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Braqa"da çıxış edib.
Bizim.Media