“Şamaxı” növbəti transferini reallaşdırıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı hücumçu Leroy Mikels heyətə cəlb edilib.
29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Mikelsin son klubu Səudiyyə Ərəbistanın “Əl Taraji” klubu olub.
Qeyd edək ki, Leroy Mikels "Sabah"ın yarımmüdafiəçisi Coy-Lens Mikelsin kiçik qardaşıdır.
Bizim.Media