Səudiyyə Ərəbistanından bir klub “Real”ın futbolçusu Vinisius Junioru transfer etmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Adı açıqlanmayan klubun braziliyalı vingerin 1 milyard avroluq sərbəstqalma məbləğini ödəməyə hazır olduğu bildirilib.
Danışıqları Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun nümayəndələri aparır. Onlar Vinisiusu 2034-cü ildə keçiriləcək dünya çempionatının siması etmək istəyir.
Vinisius “Real” formasıyla La Liqada 176 oyunda 49 qol vurub, 38 məhsuldar ötürmə edib. Onun klubla sözləşməsi 2027-ci ilin yayına kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media