Parisdə medal qazanan idmançılarımızla görüş keçirildi - VİDEO

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən “Azərbaycan Olimpiya Evi”ndə qələbə qazanmış idmançılarla görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri və başqaları iştirak ediblər.

Olimpiya Oyunlarında gümüş və bürünc medal qazanan idmançılarımız - boksçu Alfonso Dominqes və sərbəst güləşçi Georgi Meşvildişvili, eləcə də bədii gimnastika üzrə komandamızın üzvləri alqışlarla qarşılanıb. Bildirilib ki, XXXIII Yay Olimpiya Oyunlarında idmançılarımız bütün dünyaya Azərbaycan idmançısının iradəsini və mübarizliyini bir daha nümayiş etdirib. Ölkəmizi ləyaqətlə təmsil etdikləri üçün idmançılarımıza uğurlu karyera, nailiyyətlər arzulanıb.

Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev XXXIII Yay Olimpiya Oyunlarında idmançılarımızın böyük uğurlara imza atdıqlarını vurğuladı. İdmançılarımızın hər qələbəsində Dövlət Bayrağımız yüksələndə, Himnimiz səslənəndə hər kəsin qürur hissi duyduğunu bildirib. Azərbaycan Boks Federasiyasının prezidenti XXXIII Yay Olimpiya Oyunlarında bütün xalqımıza qürur hissi yaşadan idmançılarımıza, onları dəstəkləyən hər kəsə, texniki-inzibati personala, qələbəmizi geniş və layiqli işıqlandıran jurnalistlərə təşəkkürünü bildirib. Qeyd edib ki, idman hamımızı birləşdirdi. S. Babayev idmanımıza və idmançılarımıza bugünkü şəraiti, imkanı yaradan və onları dəstəkləyən Azərbaycan Prezidenti İlham Əiyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, xalqımıza tədbir iştirakçıları adından təşəkkür edib. Olimpiya Oyunlarının sonuncu günü yarışlara qoşulacaq idmançılarımıza uğurlar arzulayaraq, onların medal qazanacağına əmin olduğunu bildirib.

Tədbir çərçivəsində “Azərbaycan Olimpiya Evi”nin qonaqlarına ölkəmizin Olimpiya tarixi, mədəniyyəti, eləcə də Olimpiya Oyunlarında iştirak edən idmançılarımızdan bəhs edən nəşrlər nümayiş etdirilib və iştirakçılara hədiyyə olunub.

Tədbirin bədii hissəsində gənc müğənni Mərdan Kazımovun ifasında Azərbaycan musiqiləri səsləndirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

8 azyaşlı su basmış ərazilərdən təxliyə edildi – VİDEO

8 azyaşlı su basmış ərazilərdən təxliyə edildi – VİDEO

Sürücülərin DİQQƏTİNƏ – Bu yolda hərəkət məhdudlaşdı – FOTO

Sürücülərin DİQQƏTİNƏ – Bu yolda hərəkət məhdudlaşdı – FOTO

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Vatsapa 6 yenilik birdən gəldi

Vatsapa 6 yenilik birdən gəldi

Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi AÇIQLANDI

Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi AÇIQLANDI

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Toyuq yumaq vərdişini unudun: Xəstəlik yayırsınız!

Toyuq yumaq vərdişini unudun: Xəstəlik yayırsınız!

İran Bəhreynin neft emalı müəssisəsini vurdu – VİDEO

İran Bəhreynin neft emalı müəssisəsini vurdu – VİDEO

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Tanınmış müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

Tanınmış müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

Bakıdakı yağıntının miqdarı aylıq normadan dörd dəfə ÇOXDUR – RƏSMİ

Bakıdakı yağıntının miqdarı aylıq normadan dörd dəfə ÇOXDUR – RƏSMİ

İrandan Salala limanına dron hücumu – VİDEO

İrandan Salala limanına dron hücumu – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümünə həsr olunmuş VİDEOÇARX

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümünə həsr olunmuş VİDEOÇARX

Ağsuda DƏHŞƏTLİ QƏTL – Qadını öldürüb, meyitini otlaq sahəyə ATDILAR

Ağsuda DƏHŞƏTLİ QƏTL – Qadını öldürüb, meyitini otlaq sahəyə ATDILAR

Tramp Hörmüz boğazına öz adını verdi – VİDEO

Tramp Hörmüz boğazına öz adını verdi – VİDEO

Dünyanın ən açıq-saçıq geyinən müğənnisi rahibə imiş: Ledi Qaqanın gizlətdiyi SİRLƏR

Dünyanın ən açıq-saçıq geyinən müğənnisi rahibə imiş: Ledi Qaqanın gizlətdiyi SİRLƏR

Azərbaycan nefti daha da BAHALAŞDI

Azərbaycan nefti daha da BAHALAŞDI

Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oyanan kimi bunları edin

Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oyanan kimi bunları edin

Zabrat yolunda "BakuBus" batdı – VİDEO

Zabrat yolunda "BakuBus" batdı – VİDEO

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO

Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO

Masazır sular altında – Yağış yolları keçilməz etdi – VİDEO

Masazır sular altında – Yağış yolları keçilməz etdi – VİDEO

32 il ərzində kimsəsiz bir adada təkbaşına yaşadı

32 il ərzində kimsəsiz bir adada təkbaşına yaşadı

Kürdəmir aramsız yağışlardan sonra... – VİDEO

Kürdəmir aramsız yağışlardan sonra... – VİDEO

End of content

No more pages to load

RADİO