“Xırdalan” basketbol klubu baş məşqçisiz qalıb.
Bizim.Media xəbər verir ki, komanda çalışdırıcısı Uğur Özdəmirlə yollarını ayırıb.
Türkiyəli mütəxəssis “Xırdalan”da işini davam etdirmək istəsə də, klub rəsmiləri onunla vidalaşıblar. Komandanın yeni baş məşqçisinin adına bugünlərdə aydınlıq gələcək.
Qeyd edək ki, son mövsümdə bürünc medal uğrunda görüşdə NTD-İNDİQO-ya uduzan “Xırdalan” Azərbaycan çempionatını 4-cü pillədə bitirib.
Rəşad Rafiqoğlu, Bizim.Media