Avropa çempionatının kubokunun Bakı səfəri davam edir.
Bizim.Media xəbər verir ki, bu il keçiriləcək AVRO-2020-nin qalibinə təqdim olunacaq mükafat Azərbaycan paytaxtının müxtəlif nöqtələrində təqdim edilib.
İki gündür Bakıda olan kubok azarkeşlərə də nümayiş olunub. Kubok turunda mükafatı müşayiət edən AVRO-2020-nin maskotu “Skillzi”də şəhəri gəzib.
Qeyd edək ki, bu gün Bakı turunu başa vuracaq kubok Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq. (APA)
Bizim.Media