“Zirə” klubu heyətinə daha bir futbolçu cəlb etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, söhbət gürcüstanlı futbolçu Georgi Papunaşvilidən gedir.
Futbolçu ilə aparılan danışıqlardan sonra onunla razılıq əldə olunub. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, Papunaşvili son mövsümü “Kəpəz”in heyətində keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media