Azərbaycan cüdoçusu Elcan Hacıyev Paris-2024 Yay Olimpiya Oyunlarında 1/8 finalda fransalı Nqayap Hambuya qarşı görüşündə haqsızlığa uğrayıb.
Bizim.Media xəbər verir ki, idmançımız rəqibinə ippon atsa da, baş hakim bunu qeydə almayıb və idmançımız fransalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.
Bu qərar isə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Cüdoçumuz görüş zamanı çiynindən zədə alıb. Onun çiyni çıxıb və xəstəxanaya aparılıb.
Bizim.Media