Azərbaycanın boksçusu Murad Allahverdiyev Paris-2024 Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda misirli Abdelrahman Abdelcavvadla üz-üzə gəlib.
Rəqibini 5:0 hesabı ilə üstələyən M.Allahverdiyev 1/4 finala adlayıb.
Xatırladaq ki, bu gün Azərbaycan boksçusu Nicat Hüseynov, ötən gün isə Məhəmməd Abdullayev və Malik Həsənov ilk görüşdə uduzaraq turnirlə vidalaşmışdı. Daha əvvəl isə təmsilçimiz Alfonso Dominges (92) 1/4 finala yüksəlib.
Bizim.Media