Albaniya Futbol Federasiyası millinin baş məşqçisi Silvinyo ilə müqavilənin müddətini uzadıb.
Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə yeni müqavilə 2025-ci ilin dekabrına kimi nəzərdə tutulub.
Bu müddət ərzində ona 2026-cı il dünya çempionatına vəsiqə tapşırığı verilib.
Xatırladaq ki, Silvinyo 2023-cü ilin yanvarından Albaniya millisini çalışdırır.
Bizim.Media