"Çelsi" "Atlanta Yunayted"in müdafiəçisi Kaleb Uaylini transfer edib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 6+1 illik müqavilə imzalanıb.
"Çelsi" ABŞ millisinin üzvünün transferi üçün MLS təmsilçisinə 10,1 milyon avro ödəyəcək.
Uayli bu mövsüm "Atlanta" ilə 23 matçda iştirak edib, 1 qol vurub və 2 qolun ötürməsini verib.
Bizim.Media