Qurban Qurbanov: “Kadinin gəlməməsinə üzülmədim”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"la ilk oyunu üçün Cəbəllütariqə yollanmamışdan qabaq jurnalistlər üçün təşkil edilmiş brifinqdə çıxış edib. Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Hazırlıq necə keçdi?

- Pis alınmadı. Hazırlığımız pis keçmədi. Toplanışı iki hissəyə böldük, birincisi Bakıda, ikinci hissəsi Avstriyada oldu. Yaxşı oyunlarla toplanışı başa vurduq. Futbolçuların hər birindən razı qaldım. Çox həvəsli, düzgün hazırlaşmağı bacardılar. Bəlkə bir az bir oyun da əlavə oynasaydıq, daha yaxşı olardı. Amma hər futbolçu 2 oyun 90 dəqiqə oynadı. Bir neçə oyundan sonra komanda tam öz idman formasını geri qaytaracaq və düşündüyümüzü bir neçə günlərdən sonra görəcəyik.

- Ötənilki "Linkoln"la indiki arasında hansı dəyişikliklər olduğu görünür?

- Dəyişikliklər var. Əsas heyətdə 5 yeni oyunçu oynayırdı. Demək olar ki, öz oyun sistemlərini daha da yaxşılaşdırıblar. "Hamrun"la keçirdikləri ilk oyunda da qırmızı vərəqə olmuşdu, ikinci matçda da. İkinci matçda 120 dəqiqə lazım olan nəticəni qoruyub-saxlaya bildilər. Sonda isə penaltilər seriyasında qalib gəldilər. "Linkoln" bərk komandadır.Sünii örtüklü meydanda oynayırlar. İlk oyunumuzu orada keçirəcəyik. Bu isə bizim üçün o qədər də xoş olmayacaq. Keçən il də bu çətinliklə üzləmişdik. Kənardan sanki rəqibə rahat şəkildə qalib gələcəyimiz görünürdü. Tam əksi oldu. Çox çətinlik çəkdik. İstənilən halda, çalışacağıq ki, oyuna tam motivasiyalı və tam ciddi şəkildə hazırlaşaq. Bunu rəqib tələb edir. Rəqibdə dəyişikliklər var. Amma desəm ki, oyunlarını tam analiz edə bildik, yox. Hər iki matçda qırmızı vərəqə olduğu üçün futbolçularıma göstərdiyim epizodlar az oldu. Ayrı-ayrılıqda rəqibin futbolçularının xarakteristikasını oyunçularımıza daha çox çatdıracağıq. Bunlara hazır olmalıyıq.

- "Qarabağ"da yeni və keçmiş qapıçılar var. Fabyan Buntiç və Şahruddin Məhəmmədəliyev komandaya cəlb edilib. Necədir vəziyyət?

- Normaldır. Şahruddin bir az gec gəldi, hələ tam hazır deyil. Buntiç isə yaxşı adaptasiya keçdi. Hazırlığı da pis deyil. Ancaq əlbəttə ki, hələ bir az komanda və futbolçularla daha çox bir yerdə olması, lazım və vacibdir ki, tam özünü sərbəst hiss etsin. Ümumən razıyam.

- Yeni transferlər gözlənilir?

- İstəyirik ki, yeni transferlər mütləq olsun. Oyuna hazırlaşmaqla bərabər, transfer işlərimizi davam etdiririk. Oyunçulara baxırıq, bəzi oyunçularla, klublarla danışıq aparırıq. Bu, ilboyu gedən prosesdir. Uğur alınsa, dəyişiklik etmək istəyirik.

- Hansı mövqelər üçün?

- Hücum xəttinə yeni oyunçular istəyirik. Müdafiə xətti üçün də baxışlar gedir.

- Komandanız nə dərəcədə hazırdır?

- Komandamız ümumən hazırdır. "Linkoln"un üstünlüyü odur ki, onlar bizdən 2 rəsmi oyun çox keçiriblər. Bu, onlar üçün avantajdır. Amma komandamız da hazırdır. Bəzi texniki detallar var. Hansı ki, ona bir az vaxt lazımdır. Nə qədər düzəltməyə çalışsaq da, mümkün deyil. Sadəcə avtomatik olaraq, zamanla düzələn bir şeydir. Minimum ilk oyuna lazım olduğu qədər hazırıq.

- Mahir Emreli məsələsi "Qarabağ" üçün qapanıb, yoxsa hələ ehtimal var?

- Qapanıb demək düzgün olmazdı. Amma belə danışığımız da olmayıb. Mahirin "Qarabağ"a geri qayıtması ilə bağlı ümumən ətraflı müzakirəmiz olmayıb.

- Sizcə, "Sumqayıt" "Fehervar"ı, "Sabah" isə "Makkabi"ni keçə bilər?

- İlk olaraq, klublarımıza uğurlar arzulayıram. Hər bir qələbə, mərhələ bizim üçün çox vacibdir. Xüsusilə də, bu vaxtlarda. Ölkə və klub reytinqi, təcrübə qazanmaq, azarkeşləri stadiona cəlb etmək baxımından çox vacib məsələdir. Hər bir komandamıza inanıram, güvənirəm. Onlara uğurlar arzulayıram. İnanıram ki, həm "Sumqayıt", həm "Sabah" öz uğurlu oyunları ilə yaxşı nəticələr əldə edəcəklər. "Zirə"nin "Şerif"lə oyununa toxunsaq, qalibiyyət onların tərəfində idi. Amma bir anda hər şey tam əksinə dəyişdi. Halbuki ikinci mərhələnin bir addımlığında idilər. Elə bu oyun digər klublarımıza da böyük inam verdi ki, hər bir rəqibə qarşı oynamaq olar. Hər bir klubumuzdan uğurlu nəticələr gözləyirik.

- "Neftçi"nin Roman Qriqorçuk, "Turan Tovuz"un isə Kurban Berdıyevlə anlaşmasına münasibətiniz necədir?

- Normal. Xoş gəliblər. Hər birinə uğurlar arzulayıram. Dəyişikliklər oldu. Həm məşqçilər, həm klublar, həm də azarkeşlər üçün faydalı olar. İşimiz çox olacaq.

- Kadi Borges məsələsinə son qoyuldu, "Qarabağ"a yox, "Ferentsvaroş"a keçdi. "Krasnodar"ın mövqeyini necə qarşıladız?

- Normal qarşıladım. Baxmayaraq ki, xeyli danışıqlar getdi. Məncə, hər bir detala toxunmağa ehtiyac yoxdur. Sadəcə belə hallar olur. Qarşıda bəlkə daha da fərqli hallar olacaq. Bəzən ortaya fərqli fikirlər çıxır. Dünya futbolunda da görürsən ki, hamı bir oyunçunun bir komandaya keçidini gözləyir, xəblər çıxır, amma sonda başqa kluba keçir. Bu da bizdə oldu. Düzü, heç də üzülmədim. Hər bir şeydə xeyir var. Əksinə işimiz daha da rahat olacaq ki, bu barədə danışıqlar olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəy tortu yerə ATDI, toyda ara qarışdı - VİDEO

Bəy tortu yerə ATDI, toyda ara qarışdı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar dumanlı olacaq, buz bağlayacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar dumanlı olacaq, buz bağlayacaq

Xankəndiyə gələn turistlərin sayı artıb – FOTO

Xankəndiyə gələn turistlərin sayı artıb – FOTO

Zaqataladakı qəzada xəsarət alanların kimliyi bilindi – ADLAR

Zaqataladakı qəzada xəsarət alanların kimliyi bilindi – ADLAR

Ötən il Ukraynadakı müharibədə həlak olan azərbaycanlıların SAYI

Ötən il Ukraynadakı müharibədə həlak olan azərbaycanlıların SAYI

"Xanım həyatı istəyirəm, qadına qulluq lazımdır" – FOTO

"Xanım həyatı istəyirəm, qadına qulluq lazımdır" – FOTO

“Kəpəz” hansı futbolçu ilə danışıq aparır?

“Kəpəz” hansı futbolçu ilə danışıq aparır?

Mikayıl Cəfərov vəfat etdi

Mikayıl Cəfərov vəfat etdi

Azərbaycan XİN İsveçrəyə başsağlığı verdi

Azərbaycan XİN İsveçrəyə başsağlığı verdi

Valideyn himayəsindən məhrum uşaqların TALEYİ - Əcnəbilərə, yoxsa azərbaycanlı ailələrə?

Valideyn himayəsindən məhrum uşaqların TALEYİ - Əcnəbilərə, yoxsa azərbaycanlı ailələrə?

Terrorun payız və yaz şumu - Mir Şahinin FİLMİ

Terrorun payız və yaz şumu - Mir Şahinin FİLMİ

İcra sistemində mühüm YENİLİK - Xüsusi icra məmurları işə başlayır

İcra sistemində mühüm YENİLİK - Xüsusi icra məmurları işə başlayır

Mahir Emrelinin SON DURUMU

Mahir Emrelinin SON DURUMU

DYP-dən sürücülərə ÇAĞIRIŞ

DYP-dən sürücülərə ÇAĞIRIŞ

2026-cı ilin ilk qız uşağı dünyaya gəldi - FOTO

2026-cı ilin ilk qız uşağı dünyaya gəldi - FOTO

Cəlilabadda bıçaqlanma: Yeniyetmə yaralandı

Cəlilabadda bıçaqlanma: Yeniyetmə yaralandı

Bu futbolçu “Sabah”dan gedə bilər

Bu futbolçu “Sabah”dan gedə bilər

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün YENİ GÜZƏŞTLƏR

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün YENİ GÜZƏŞTLƏR

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO

Bu şəxslər üçün pulsuz icbari tibbi sığorta dövrü SONA ÇATDI

Bu şəxslər üçün pulsuz icbari tibbi sığorta dövrü SONA ÇATDI

Türk qəhvəsinə bir qaşıq əlavə edin: Yağları əridir

Türk qəhvəsinə bir qaşıq əlavə edin: Yağları əridir

Bu göz rənginə sahib insanları hipnoz etmək MÜMKÜN DEYİL

Bu göz rənginə sahib insanları hipnoz etmək MÜMKÜN DEYİL

Mehriban Əliyeva: "Uca Tanrı xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin" - FOTO

Mehriban Əliyeva: "Uca Tanrı xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin" - FOTO

Röya hönkür-hönkür AĞLADI: “Onu bircə dəfə görmək üçün həyatımı verərdim” - VİDEO

Röya hönkür-hönkür AĞLADI: “Onu bircə dəfə görmək üçün həyatımı verərdim” - VİDEO

End of content

No more pages to load

RADİO