“Barselona”nın keçmiş yarımmüdafiəçisi İvan Rakitiçin “Hayduk” klubuna keçidi rəsmiləşib.
Bizim.Media Xorvatiya klubunun saytına istinadən xəbər verir ki, 36 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.
Xorvatiyalı futbolçu bu gün rəsmən təqdim olunacaq. Rakitiçin son klubu Səudiyyə Ərəbistanı “Əl-Şabab”ı olub.
O, ötən mövsüm bütün yarışlarda 8 matçda iştirak edib, 1 qol vurub və 1 qolun ötürməsini verib.
Rəşad Rafiqoğlu, Bizim.Media