“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçu Conatan Bentekeni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı hücumçu ilə bir illik müqavilə imzalanıb. Bentekenin son klubu Lüksemburqun “Union Titus Petange” olub.
Rəşad Rafiqoğlu, Bizim.Media